
Bu gün milli gimnastika arenasında bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı keçirilib.
Marina Durunda gənclər, Züleyxa İsmayılova isə yeniyetmələr arasında çempion olublar.
Ölkə çempionatının müxtəlif istiqamətlərdəki qaliblərini nəzərinizə çatdırırıq:
Yeniyetmələr:
Halqa - Jalə Piriyeva
Top - Züleyxa İsmayılova
Gürz - Jalə Piriyeva
Çoxnövçülük - Züleyxa İsmayılova
Gənclər:
Halqa - Lalə Yusifova
Top - Marina Durunda
Gürz - Marina Durunda
Lent - Gülsüm Şəfizadə
Çoxnövçülük - Marina Durunda
Çempionat başa çatdıqdan sonra beynəlxalq dərəcəli hakim Nataliya Bulanova LG Electronics-dən xüsusi mükafat alıb.