AGF Kubokunda yunan-Roma güləşi üzrə gənclər mübarizə aparırlar
Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Olimpnews.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə əsasən xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarus, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edirlər. Turnirin proqramına əsasən, ilk gündə yunan-Roma güləşi üzrə yeniyetmələr mübarizə aparıblar. Güləşçilərimiz ilk gündə 6 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıblar. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, İran isə üçüncü pillədə qərarlaşıb.
Turnirin ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında yarışlar keçirilir.