“Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində memarandum imzalanacaq

“Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində memarandum imzalanacaq


Aprel 22-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti arasında "Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçiriləcək. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil nazirinin müavini Ceyhun Bayramov və Coca-Cola şirkətinin baş meneceri Cem Becel ilə yanaşı MOK-un icraiyyə komitəsinin üzvləri, Olimpiya və dünya çempionları, həmçinin müxtəlif idman və qeyri-idman qurumlarının nümayəndələri iştirak edəcəklər.