Bakıda mükafat fondu 168 min dollar olan turnir keçiriləcək

Bakıda mükafat fondu 168 min dollar olan turnir keçiriləcək


Mayın 8-dən 10-dək Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən "Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Ukrayna, İran və başqa ölkələrin idmançılarının iştirakı gözlənilir. Yarışlarda ümumilikdə 25-ə yaxın idmançı və 65-ə yaxın atın iştirakı nəzərdə tutulub.
Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 168 min ABŞ dolları təşkil edir.
Yarış mayın 8-də və 9-da saat 12:00 da, final günü isə saat 20:00 da başlayacaq. Turnirin son günü konsert tədbirləri təşkil olunacaq.