"Əlil arabasında idman rəqs" edənlərə yaxşı yol!

"Əlil arabasında idman rəqs" edənlərə yaxşı yol!


Aprelin 22-də Milli Paralimpiya Komitəsinin ofisində "Əlil arabasında İdman rəgsi" idman növü üzrə Rusiyanın Noberejnı Çelnı şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlara qatılan milli komanda üzvlərinin yola salma mərasimi keçirilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən olimpnews.az-a daxil olan məlumata görə, bu mərasimdə komandanın yarışla əlaqədar bütün xərclərini öz üzərinə götürən Paşa Travel turizm agentliyinin icraçı direktoru Nataliya Solovyova və təbliğat meneceri Leyla Mustafayeva iştirak etmiş, idmançılara uğurlu yol arzulamış, yarışlarda müvəffəqiyyətlə çıxış edərək vətənə yüksək nəaliyyətlərlə dönmələrini arzulayıblar.