Konyadan 3 qızıl və 3 gümüş medal
Türkiyənin Konya şəhərində kiçik yaşlı yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komandanın üzvləri 3 qızıl və 3 gümüş medal qazanıblar.
Məşqçi Namiq Quliyev və yığma komandanın baş məsləhətçisi Saypulla Absaidovun rəhbərliyi altında turnirdə iştirak edən 6 güləşçimiz fəxri kürsüdə yer alıblar. Ramiz Həsənov (38 kq), Nəsib Osmanov (66 kq) və Əhliman Quliyev (73 kq) bütün rəqiblərini üstələyərək birinci yerə layiq görülüblər. Əsgər Məmmədəliyev (38 kq), Hüseyn Hüseynzadə (59 kq) və Fərid Musayev (85 kq) isə yalnız final görüşündə məğlub olaraq gümüş medala sahib çıxıblar.
Məlumat üçün qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Bolqarıstan və Makedoniya güləşçiləri mübarizə aparıblar.