“Baku- 2015”in suvenirləri hazırlanacaq

“Baku- 2015”in suvenirləri hazırlanacaq

Son vaxtlar Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivalının keçirildiyi, ölkəmizə gələn turistlərin ildan-ilə artdığı nəzərə alınaraq bölgələrdə ölkənin mili, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyaları istehsal olunacaq. Bu suvenir və xatirə əşyaları sırasında tikiş, toxuma, heykəltəraşlıq, oyma sənəti nümunələri, aksesuarlar və s. yer alacaq. Bununla yanaşı, gələn il ölkəmizdə keçiriləcək Avropa Oyunlarına da suvenirlər həsr olunacaq.
Suvenirlərin bu ilin yay mövsümündə hazır olması nəzərdə tutulub. Bu iş fərdi sahibkar tərəfindən həyata keçirilir.