İdmana həsr olunan daha bir kitab çapdan çıxıb

İdmana həsr olunan daha bir kitab çapdan çıxıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (AzDBTİA) prorektoru, professor Dilqəm Quliyev və akademiyanın atletika kafedrasının baş müəllimi Sadıq Sadıqovun qələmə aldığı " London Yay Olimpiya Oyunları - Azərbaycanda əsrlərin lideridir” adlı kitab çapdan çıxıb.
2012-ci ildə Londonda keçirilən yay Olimpiya oyunlarında mübarizə aparan Azərbaycan idmançılarının nailiyyətləri kitabda geniş təhlil edilib. Xatırladaq ki, Londonda idmançılarımız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Kitabda Olimpiya oyunlarının tarixi, keçirildiyi şəhərlər, bu oyunlarda iştirak edən idmançıların ümumi sayını əks etdirən cədvəl də yer alıb.
"Təknur” nəşriyyatında çap olunan kitab Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin əməkdaşları, AzDBTİA-nın proseffor-müəllim heyəti, tələbələri, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabın müəlliflərindən biri olan psofessor Qilqəm Quliyev 80-dən çox dərslik və monoqrafiya, 300-ə yaxın əsər, habelə 350 elmi-pedoqoji və publisist məqalənin müəllifidir. Sadıq Sadıqov isə bir neçə kitab və elmi məqalələr yazıb.