Sumqayıtda Turizm-diyarşünaslıq yarışı təşkil edilib

Sumqayıtda Turizm-diyarşünaslıq yarışı təşkil edilib



Sumqayıt şəhərindəki Nəsimi parkında Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi tərəfindən turizm-diyarşünaslıq yarışı keçirilib. Şəhərin ümumtəhsil məktəbləri arasında təşkil olunan turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub. Yarışda şəhərin 40 məktəbinin turist komandası iştirak edib.
Yarışın açılışında Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodik kabinetinin müdiri, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru, Bakı Şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin müdiri və bir neçə məktəb direktoru iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti tükənməyən bir xəzinədir. Bu xəzinədən hamı, ən çox da gənclər faydalanırlar. Çünki xalqımızın gələcək inkişafı onların biliklərə yiyələnməsindən, kamilliyindən, vətənpərvərlik hisslərindən çox asılıdır. Yarışın keçirilməsində əsas məqsəd məktəbliləri ümümmilli lider Heydər Əliyevin dövlətçilik prinsipləri ilə tərbiyə etmək, turizm diyarşünaslıq sahəsində bilikləri üzə çıxartmaqdır.
Yarışqabağı komanda rəhbərləri üçün seminar, yarış iştirakçıları üçün isə məşğələlər təşkil olunub. Turnir aşağıdakı nominasiyalar üzrə keçirilib:
1. Turist texnikası
2. Diyarşünaslıq
3. Tibb məntəqəsi
4. Turist qəzeti müsabiqəsi
Turist texnikası yarışında şagirdlər turist çadırının qurulması, turist çantasının doldurulması, yaralının aparılması, təpəcikdən keçmək, asma keçidi qət etmək, qurulmuş olan çadırın sökülməsi üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.
"Diyarşünaslıq” nominasiyasında şagirdlər tariximiz, milli-mənəvi dəyərlərimizlə bağıl test suallarını cavablandırıblar.
"Tibb məntəqəsi” nominasiyasında ilk tibbi yardım üzrə bacarıqlar nümayiş etdirilib.
"Turist qəzeti” nominasiyasında məktəblilər sərbəst mövzu üzrə rəsm çəkiblər.
Qeyd edək ki, yarış aprelin 21-də başa çatıb. Ümumi komanda hesabında 34 saylı tam orta məktəbin komandası I, 18 saylı tam otra məktəbin komandası II, 11 və 36 saylı tam orta məktəblərin komandaları isə III yerə layiq görülübər. I yerə çıxan komanda xüsusi hazırlanmış kubokla, hədiyyələrlə, həmçinin Şəhər Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif olunublar.