Bakı- 2015 Oyunları AİPS-in gənc reportyorlar təşəbbüsünü dəstəkləyir

Bakı- 2015 Oyunları AİPS-in gənc reportyorlar təşəbbüsünü dəstəkləyir

Bakı-2015 Avropa Oyunlarında bütün dünyanın perspektivli gənc idman jurnalistlərinə işləmək imkanı veriləcək.
Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi ölkəmizdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını işıqlandırmaq üçün 10 yazarın cəlb olunacağı gənc reportyorlar proqramını reallaşdırmaq paytaxtımızda 77-ci konqresi təşkil edilən Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) ilə səylərini birləşdirməyə qərar verib.
Proqrama əsasən 5 qadın və 5 kişi jurnalistdən təşkil olunacaq qrup müxtəlif Avropa ölkələrindən Bakıya təşrif gətirəcək təcrübəli idman reportyorları ilə yan-yana çalışmaq imkanı əldə edəcək.
Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 Oyunlarının Baş Icraçısı Direktoru Azad Rəhimov istedadlı gənc jurnalistlərin dünyanın ən qabaqcıl idman reportyorlarından təcrübə öyrənməsini onlar üçün əvəzolunmaz imkan adlandırıb: «Tarixdə birinci dəfə keçiriləcək Avropa Oyunlarında işləmək imkanı həyatda insanın qarşısına çıxan nadir bir şansdır və mən əminəm ki, təcrübəli jurnalistlərlə çiyin-çiyinə işləmək nəticəsində əldə edilən biliklər bir çox gənc karyera üçün əsaslı stimul olacaq.”
Qeyd edək ki, seçilən 10 reportyordan 2-si məhz Azərbaycanı təmsil edəcək.
Təsadüft deyildir ki, 260-dan çox nümayəndənin iştirak etdiyi AIPS-in hazırda Bakıda keçirilən 77-ci beynəlxalq konqresində «Ümumdünya idman məsələləri və irimiqyaslı tədbirlərin işıqlandırılmasında medianın gələcəyi» mövzuları müzakirə olunur. Bu məsələ ilə bağlı tədbirdə iştirak edən AİPS prezidenti Gianni Merlo bildirib: "Potensiallı gənc jurnalistlərə bacarıqlarını inkişaf etdirmək imkanı tanımaq üçün Bakı-2015 Oyunları ilə səylərimizi birləşdirməkdən olduqca məmnunuq. Gələcək nəsil jurnalistlərə bizim təcrübələrimizi bölüşmək, bu qəbildən olan iri miqyaslı beynəlxalq idman tədbirlərində çalışmaq üçün tələb olunan biliklər əldə etməkdə yardım etmək bizim üçün çox önəmlidir.
"Bu proqramın həyata keçirilməsini və gənc istedadların təlimləndirilməsində Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə birgə işləməyi səbirsizliklə gözləyirik.”
Xatırladaq ki, AİPS əvvəllər də Bakıda Gənc Reportyorlar təşəbbüsündən uğurla istifadə etmiş və dünya ölkələrindən seçilmiş 20 jurnalistdən ibarət qrup 2012-ci ildə keçirilən FİFA U-17 dünya çempionatında yerli və beynəlxalq KİV nümayəndələri ilə birgə fəaliyyət göstərmişdi.

Bakı-2015 Oyunlarının mətbuat əməliyyatları üzrə direktoru Jayne Pearcenin sözlərinə görə, AİPS-in Gənc Reportyorlar Proqramı yüksək səviyyəli idman jurnalistikasının təqdim edilməsinin sınaqdan keçirilmiş və qəbul edilən yoludur. O deyib: "Bu gənc jurnalistlərin arzularını gerçəkləşdirməsinə kömək etmək üçün AİPS-in dəyərli əməkdaşları ilə birgə işləməkdən çox məmnunuq və onların ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarında çalışmaqdan razı qalacaqlarına ümid edirik.”
olimpnews.az