Gənc könüllülərin hazırlığına start verildi

Gənc könüllülərin hazırlığına start verildi


Aprelin 29-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK və BP şirkəti arasında Rəsmi Tərəfdaşlıq çərçivəsində Bakı-2014 Avropa təsnifat yarışları üçün «Gənc könüllülərin (səfirlərin) hazırlıq proqramı»nın ilk mərhələsinə start verilib. Qeyd edək ki, bu, Bakı-2015 Avropa Oyunlarının ilk test yarışı hesab olunur.
Bakı-2014 Avropa Təsnifat yarışlarında 40-dan artıq Avropa ölkəsindən 800 nəfərdən artıq idmançı və 400 nəfərə yaxın rəsmi heyət iştirak edəcək. 36 atletika idman növü üzrə Azərbaycanda ilk dəfə təşkil ediləcək bu yarış gənc idmançılara 2014-cü il avqustunda Çinin Nancinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya verəcəkdir.
BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən «Gənc könüllülərin (səfirlərin) hazırlıq proqramı»na görə, ümumilikdə yarışa xidmət edəcək 1000 könüllünün hazırlanması nəzərdə tutulur. 5 gün davam edəcək ilk təlim kursunun əsas məqsədi 30 nəfər gənc liderin hazırlanmasını həyata keçirməkdir. Proqramın sonrakı mərhələsində həmin 30 nəfər gəncdən müxtəlif komandalaradan olan 1000 nəfər könüllünün hazırlanmasında istifadə olunacaq.
Sonra MOK-un beynəlxalq əlaqələr üzrə məsləhətçisi Mehman Kərimov təlim kursunu açıq elan edib. M.Kərimov yarışın direktoru, Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadəni, proqramın əməkdaşlarını və təlim kursu üçün Böyük Britaniyanın Youth Sport Trust (Gənclər İdman Fondu) təşkilatının mütəxəssisləri - xanım Viv Holt və xanım Guin Batteni təlim iştirakçılarına təqdim edib.