Mayın 4-dən 5-dək Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə gənclər arasında sərbəst güləş üzrə "Naxçıvan kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, komanda xarakterli turnirin iştirakçıları püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qazaxstan və Ukrayna komandaları iştirak edəcəklər.
Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda qarşılaşmalar keçiriləcək.