İran İslam Respublikasının Tehran şəhərində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of children” Beynəlxalq turniri keçirilib.
Turnirdə iştirak edən yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan yığması 1 gümüş və 5 bürünc medala sahib olub.
Məşqçilər İslam Cəfərov və Vüqar Aslanovun rəhbərliyi altında Tehrana yollanan 10 güləşçimizdən 6-sı fəxri kürsüdə yer alıb. Finaladək maneəsiz irəliləyən Zülfüqar Əliyev (42 kq) gümüş medalla kifayətlənmişdir. Bürünc medalları isə yığmamıza Rəsul Əsgərov (46 kq), İsmayıl Həsənli (50 kq), İqbal Əliyev (76 kq), Xoçbar Xalayev (85 kq) və Kənan Rüstəmov (100 kq) qazandırıblar.
Komanda hesabında güləşçilərimiz turniri İran yığmasından sonra ikinci sırada tamamlayıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi Beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.
olimpnews.az