“Formula-1” Azərbaycanda

“Formula-1” Azərbaycanda


İtaliyanın "Omni corse” xəbər saytında "Formula-1”in mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı məqalə yerləşdirilib.
Qeyd edək ki, yarışların 2016-cı ildəki mərhələlərindən birinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi barədə uzun müddətdir müzakirələr aparılırdı. Artıq bu məsələ ilə bağlı rəsmi qərar da qəbul edilib. Belə ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə "Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri Berni Ekklstoun arasında yarışların 2016-cı ildəki mərhələlərindən birinin Bakıda keçirilməsinə dair razılıq əldə olunub.
Müəllif belə önəmli bir tədbirin keçirilməsi üçün dünya şəhərləri arasından məhz Bakının seçilməsinin təsadüfi olmadığını da vurğulayıb. Belə ki, Bakı son illər bir neçə mötəbər idman yarışlarına uğurla ev sahibliyi edib.