Ölkənin aparıcı gimnastları Bakıda açıq məşq keçəcəklər

Ölkənin aparıcı gimnastları Bakıda açıq məşq keçəcəklər

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri mayın 7-də Bakıda yoxlama məşqi keçirəcəklər.
AGF və milli komandanın məşqçi qərargahı açıq məşq elan edir və idman həvəskarlarını Avropa çempionatının gələcək arenasına dəvət edirlər.
Məşq zamanı Marina Durunda və Gülsüm Şəfizadənin, Jalə Piriyeva və Züleyxa İsmayılovanın, qrup komandasının və digər gimnast qızların iyunda Avropa birinciliyində göstərəcəkləri proqramları görmək olar.
Açıq məşq Milli Gimnastika Arenasında keçiriləcək.