“Azərbaycan idmanı müstəqillik illərində (1991-2012)”

“Azərbaycan idmanı müstəqillik illərində (1991-2012)”

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Dilqəm Quliyevin daha bir kitabı çapdan çıxıb. "Azərbaycan idmanı müstəqillik illərində (1991-2012)” adlanan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əsərdə Milli Olimpiya Komitəsinin yaranma tarixi, idmançılarımızın müstəqillik dövründə əldə etdikləri nailiyyətlər geniş təhlil edilib. "Azərbaycan idmanı müstəqillik illərində (1991-2012)” kitabı səkkiz fəsildən ibarətdir. I fəsildə müstəqilliyimiz uğrunda aparılan mübarizədən, tələbə- gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən bəhs edilir. II fəsil Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin yaranma tarixinə həsr olunub. III-IV-V-VI fəsillərdə müxtəlif illərdə bədən tərbiyəsi və idmanın inkişafı barədə məlumat verilib. Azərbaycan idmnaçılarının müstəqillk dövründə çıxış etdikləri yay və qış Olimpiya oyunları barədə geniş məlumat VII fəsildə yer alıb. VIII fəsildə ölkəmizdə inşa olunan idman qurğuları, komplekslər haqqında məlumat əldə etmək olar.
Onu da bildirək ki, professor Dilqəm Quliyev 300-ə yaxın kitab, monoqrafiya, 250-dən çox elmi-pedaqoji və publisistik məqalənin müəllifidir.