XI Respublika Universiadası start götürüb

XI Respublika Universiadası start götürüb

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi kollegiyalarının, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı ilə təhsil müəssisələri arasında XI Respublika Universiadasına start verilib.
"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən universiada 2013-cü ilin mart, aprel və may aylarını əhatə edəcək. Universiadanın təqvim planına idmanın 12 növü daxildir. Yarışın keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələri kütləvi bədən tərbiyəsi və idmana cəlb etməkdən , onların asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir. Bu yarış tələbə-idmançıların Rusiyanın Kazan şəhərində keçiriləcək XXVII Ümumdünya Universiadasına hazırlığına təminat xarakteri daşıyacaq.
Məlumat üçün bildirək ki, XI Respublika Universiadasının proqramına daxil olan dama yarışları dünən başa çatıb.