Güləşçilərimiz Yeniyetmələrin II Olimpiya Oyunlarında tam heyətdə yarışacaqlar

Güləşçilərimiz Yeniyetmələrin II Olimpiya Oyunlarında tam heyətdə yarışacaqlar


Çin Xalq Respublikasının Nanjinq şəhərində avqustun 16-dan 28-dək yeniyetmələrin II Olimpiya Oyunları keçiriləcək.
Olimpiya oyunlarında yeniyetmə qızlar 46, 52, 60, 70 kq, sərbəst güləşçilər 46, 54, 63, 76, 100 kq, yunan-Roma güləşçiləri isə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən, Olimpiya oyunlarında hər bir ölkə maksimum 5 güləşçi (2 sərbəst, 2 yunan-Roma və 1 qadın güləşçi) ilə təmsil oluna bilər. Bolqarıstanın Samokov şəhərində keçirilmiş Avropa çempionatında güləşçilərimiz kifayət sayda lisenziya qazanmış və Nanjinqdə tam heyətlə (5 güləşçi ilə) iştirak etmək hüququ əldə ediblər.
Güləşçilərimiz sərbəst növ üzrə 46, 63, 100 kq, yunan-Roma güləşi üzrə 50, 69 kq, yeniyetmə qızlar isə 46 və 52 kq çəki dərəcələrində lisenziya qazanıblar.
İnanırıq ki, Azərbaycan güləşçiləri bu sınaqdan da alnıaçıq çıxacaq, vətənə medallarla qayıdacaqlar.