Güləşçilərimiz Yeniyetmələrin Olimpiadasına tam heyətlə yollanacaqlar

Güləşçilərimiz Yeniyetmələrin Olimpiadasına tam heyətlə yollanacaqlar

Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatı başa çatıb. Yarışda iştirak edən güləşçilərimiz uğurla çıxış ediblər. Bununla da təmsilçilərimiz Yeniyetmələrin II Olimpiya Oyunlarında tam heyətlə (5 güləşçi ilə) iştirak hüququ əldə ediblər.

Belə ki, güləşçilərimiz sərbəst güləşdə 46 kq, 63 kq və 100 kq-da, yunan-Roma güləşi üzrə 50 kq və 69 kq-da, yeniyetmə qızlar isə 46 kq və 52 kq çəki dərəcələrində lisenziyaya sahib çıxıblar.
Xatırladaq ki, Yeniyetmələrin II Olimpiya Oyunları bu il Çin Xalq Respublikasının Nankin şəhərində keçiriləcək. Güləşçilərimiz həmin mötəbər yarışa avqustun 25-27-də qoşulacaqlar.
Olimpiya oyunlarında yeniyetmə qızlar 46 kq, 52 kq, 60 kq və 70 kq, sərbəst güləşçilər 46 kq, 54 kq, 63 kq, 76 kq və 100 kq, yunan-Roma güləşçiləri isə 42 kq, 50 kq, 58 kq, 69 kq və 85 kq çəki dərəcələrində mübarizə aparacaqlar. FİLA qaydalarına əsasən, Olimpiya oyunlarında hər bir ölkə maksimum 5 güləşçi (2 sərbəst, 2 yunan-Roma və 1 qadın güləşçi) ilə təmsil oluna bilər.