BÖLGƏ IDMANI

BÖLGƏ IDMANI


Şəkidə ali və orta ixtisas məktəblərinin qız komandaları arasında basketbol idman növü üzrə şəhər birinciliyi təşkil olunub.
19 nömrəli orta məktəbdə keçirilən yarışın məqsədi perspektivli idmançıları aşkar edərək zona komandasına cəlb etmək olub. Yarışı pedaqoji kollec birinci, musiqi kolleci ikinci, texniki kollecin komandası isə üçüncü pillədə başa vurub.


*   *   *   *
Qaxda 10-12 yaşlı uşaqlar arasında sərbəst güləş üzrə uşaq-gənclər idman məktəbinin daxili birinciliyi keçirilib.
Turnirdə on çəki dərəcəsində 40 güləşçi iştirak edib.
Yarışda Rəvan Abdurrahmanlı (23 kq), Qurban Qasımov (26 kq), Sulxay Sultanov (29kq), Elşən Şirinli (32 kq), Arçil Qulaşvili (35 kq), Cavid Süleymanov (38 kq), Alqış İbrahimov (42 kq), Murad Nuriyev (48 kq), Məcid Çələbi (52 kq) və Ayxan Şəmizadə (56 kq) birinci yerə sahib olublar.

*   *   *   *


Qusarda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə yarış keçirilib. 
Qusar Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 50-dən artıq idmançı qüvvəsini sınayıb. Birincilikdə şəhərin yerli idman klublarının təmsilçiləri ilə yanaşı, rayonun Hil, İmamqulukənd, Kuxur oba kəndlərinin güləşçiləri də medallar uğrunda mübarizə aparıblar.
Turnirdə qalib gələn idmançılar medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.