Yarışda 200 güləşçi mübarizə aparıb

Yarışda 200 güləşçi mübarizə aparıb

Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə güləş yarışı keçirilib.Yarış mayın 9-10-da Şamaxı Olimpiya Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönünə həsr olunub. Turnir 2000- 2003-cü və 1998-1999-cu illər təvəllüdlü yeniyetmələr arasında keçirilib.

Hər iki yaş qrupu üzrə 20 çəki dərəcəsində ümumilikdə 200 idmançı iştirak edib. Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək, iştirakçıları salamlayıb. Qeyd olunub ki, təməli ümummilli liderimiz Heyder Əliyev tərəfindən qoyulan idman siyasəti uğurla davam etdirilir. Sonra 4 saylı Ərazi Vergilər İdarəsinin rəisi Nadir Cəbrayılov, Şamaxı Olimpiya Mərkəzinin direktoru İlqar Əfəndiyev və başqaları çıxış edərək, idmançılara uğurlar arzulayıblar.
Yarışda I, II və III yerləri tutan idmançılar Şamaxı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medalarla təltif olunublar.