Masallıda ənənəvi cıdır yarışları təşkil olunub

Masallıda ənənəvi cıdır yarışları təşkil olunub


Masallı rayonunun Xırmandalı kəndindəki cıdırda ənənəvi yarışlar keçirilib. Yarışlara Masallı rayonu ilə yanaşı, Cəlilabad, Neftçala, Salyan rayonlarından 150-ə yaxın çapar qatılıb.
Münsiflər heyətinin qərarına əsasən çaparlar 7 qrupda mübarizəni davam etdiriblər.
Hər qrupda 4 çapar öz məharətini göstərmiş və qrupdakı qalib finala vəsiqə qazanıb.
Yarışın qaydalarına görə, iştirakçılar 1000 metr məsafəni qət ediblər və finiş xəttinə tez çatan çapar qalib adını qazanıb.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda ötən ilin qalibi olan Masallı rayonunun nümayəndəsi Elnur İsmayılov "Cerri” ləqəbli atı ilə yenə də finiş xəttinə birinci çatıb.
Qalib çapara təşkilat komitəsi tərəfindən pul mükafatı təqdim olunub.