Berni Ekklstoun: Azərbaycan “Formula-1” yarışlarına hazırdır
İtaliyanın "Corriere dello sport” idman qəzetinin saytında "Formula-1”in mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı məqalə dərc edilib.
Olimpnews.az AzərTAc-a əsasən xəbər verir ki, məqalədə "Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri Berni Ekklstounun Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ilə bağlı fikirləri yer alıb. Berni Ekklstounun sözlərinə görə, bu mərhələ yarışının daha öncə Koreya Respublikasında keçirilməsi nəzərdə tutulsa da, yekunda tədbirin Azərbaycanda keçirilməsi qərara alınıb. Bununla bağlı artıq Azərbaycan tərəfi ilə razılıq əldə edilib.
Berni Ekklstoun bildirib ki, Koreya Respublikasında "Formula-1”in mərhələ yarışının keçirilməsi üçün çox işlər görülüb. Lakin belə bir tədbirin lazımi səviyyədə təşkili üçün daha böyük infrastruktur tələb olunur: "Bu baxımdan Azərbaycanın "Formula-1”in mərhələ yarışını təşkil etməyə tam hazır olduğunu demək mümkündür”.