Dayverlərimiz əcnəbi ölkələrə üz tutublar

Dayverlərimiz əcnəbi ölkələrə üz tutublar



Alpinizm Federasiyasının 24 nəfərdən ibarət qrupu Tbilisiyə yola düşüb. Federasiyanın mətbuat xidməti qəzetimizə verdiyi məlumatda bildirib ki, idmançılar Tbilisidən Misirin Şarm-el-Şeyx şəhərinə yollanacaqlar. Səfərin məqsədi alpinistlərimizin ixtisas səviyyəsini artırmaq və əcnəbi həmkarlarla təcrübə mübadiləsi aparmaqdır.
Dayverlər eyni zamanda dərin sularda, gecə və oriyentirli dalmalar kateqoriyalarında ixtisas dərəcələrini artıracaqlar. Komanda üzvlərindən bir neçəsi dayver sertifikatını almaq üçün imtahan verəcəklər. Qalanları isə bu idmanda yeni olduqları üçün yalnız Qırmızı dənizdə təcrübə qazanacaqlar.