UNESCO və Azərbaycan arasında razılaşma sənədi imzalanmışdır

UNESCO və Azərbaycan arasında razılaşma sənədi imzalanmışdır

UNESCO-nun Parisdəki baş qərargahında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə təşkilat arasında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) fövqəladə iclasının bu il martın 13-dən 15-dək Bakı şəhərində keçirilməsinə dair razılaşma sənədinin imzalanması mərasimi olmuşdur.
Görüşdə Azərbaycan tərəfindən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Atif Qəmbərov, ölkəmizin UNESCO-dakı nümayəndəliyinin əməkdaşlarından Anar Kərimov və Eldar Məmmədov, qurumun baş direktorunun beynəlxalq əlaqələr və ictimai məlumat üzrə köməkçisi Eric Falt, baş direktorun sosial və humanitar elmlər üzrə köməkçisi Pilar Alvarez iştirak etmişlər.
Görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə UNESCO arasında razılaşma sənədi imzalanmışdır.