«Olimpiya dünyası» qəzetinin 1000-ci sayı işıq üzü gördü

«Olimpiya dünyası» qəzetinin 1000-ci sayı işıq üzü gördü


«Olimpiya dünyası» qəzeti 2001-ci ilin noyabr ayının 27-dən nəşr olunur. Hazırda həftədə 2 dəfə 5000 min tirajla çıxan və Azərbaycanın bütün ərazisində yayılaraq geniş oxucu kütləsinə malik olan qəzetimizin bu gün 1000-ci sayı çapdan çıxır. Bu münasibətlə «Olimpiya dünyası»nın çoxsaylı oxucularını və idmansevərləri təbrik edirik!
«Olimpiya dünyası» qəzetini ölkənin tanınmış idman xadimləri və mütəxəssisləri, Olimpiya çempionları təbrik ediblər. Bununla bağlı qəzetimizin 10-12 sentyabr 2013 tarixli 1000-ci sayında ətraflı məlumat ala bilərsiniz.



Cingiz Hüseynzadə MOK-un vitse-prezidenti

Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı ilə yanaşı, bu gün idman mətbuatının da yüksək səviyyədə fəaliyyət göstərməsinə, yeni müstəvi üzərində formalaşmasına lazımi şəraitin yaradılması cox böyük əhəmiyyətə malikdir. İdmanın və Olimpiya Hərəkatının peşəkar səviyyədə təbliği bu sahələrin inkişafına və kütləviləşməsinə müsbət təsir göstərir. MOK-un rəsmi nəşri olan «Olimpiya dünyası» qəzeti də ölkəmizin mətbuat aləsində sayılıb-seçilən idman nəşrlərindən biridir. idmanın və Olimpiya Hərəkatının inkişaf tarixini özündə əks etdirmək baxımından bu qəzet bu gün 1000-ci sayı çıxmaqla 12 il ərzində çox səmərəli fəaliyyət göstərmişdir.
«Olimpiya dünyası» qəzetinin yaradıcı kollektivini, idmansevərləri və oxucuları 1000-ci sayın nəşri münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, bu qəzet bundan sonra da idmanın və Olimpiya Hərəkatının təbliği istiqamətində idman tariximizin yazılı mənbələrindən biri olaraq uğurla fəaliyyət göstərəcəkdir.