«Olimpiya dünyası» qəzetinin redaksiyasına!

«Olimpiya dünyası» qəzetinin redaksiyasına!
«Olimpiya dünyası» qəzetinin Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin təbliği və inkişafına öz səhifələrində yer ayırması geniş oxucu kütləsinin böyük rəğbətinə və marağına səbəb olub.
İdman mətbuatları arasında xüsusi hörmətə və nüfuza malik olan «Olimpiya dünyası» qəzetinin bu gün 1000-ci sayı çapdan çıxır. Sevindirici haldır ki, bu gün ölkəmizdə idman və Olimpiya Hərəkatının inkişafı və təbliği istiqamətində, ölkəmizdə və dünyada idman sahəsində baş verən yenilikləri, idmançılarımızın əldə etdikləri nailiyyətləri operativ şəkildə işıqlandırmaq bacarığına malik olan qəzetiniz bu çətin, məsuliyyətli və eyni zamanda şərəfli işin öhdəsindən layiqincə gəlib.
«Olimpiya dünyası» qəzetinin Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin təbliği və inkişafına öz səhifələrində yer ayırması geniş oxucu kütləsinin böyük rəğbətinə və marağına səbəb olub.
Bu əlamətdar gün- qəzetinizin 1000-ci sayınıın işıq üzü görməsi münasibətilə Sizi və bütün yaradıcı kollektivi ürəkdən təbrik edir və bu çətin və şərəfli işdə yeni-yeni uğurlar arzulayıram.

Məzahir Süleymanzadə
Bakı Futbol Federasiyasının vitse-prezidenti