«Olimpiya dünyası» qəzetinin redaksiyasına!

«Olimpiya dünyası» qəzetinin redaksiyasına!

Bir çox sahələrdə olduğu kimi, idmanda da yüksək nəticələr əldə etmiş Azərbaycan bu layiqli adı düzgün idman siyasəti nəticəsində qazanmışdır. Bu siyasətin memarı isə Azərbaycanda Olimpiya Hərəkatının təşəbbüskarı və banisi ümummilli lider Heydər Əliyev olmuşdur. Ölkə prezidenti cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra isə idmanda görünməmiş tərəqqiyə yol açıldı. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycanın idmançıları Olimpiya oyunlarında, eləcə də, dünya və Avropa çempionatlarında, həmçinin, beynəlxalq yarışlarda ən yüksək nəticələr qazanmış, dövlətimizin tanınmasında müstəsna xidmətlər göstərmişlər.
Ölkədə aşkar şəkildə hiss olunan bu inkişaf idman mediasından da yan keçməmişdir. Azərbaycan idmanının uğurları isə daha çox "Olimpiya dünyası” kimi mətbu orqanların səhifələrində işıqlandırılmışdır. Artıq "Olimpiya dünyası” qəzetinin 1000-ci sayı nəşr olunur və qəzet idmanın yüksək səviyyədə inkişafı üçün bu gün də yorulmadan fəaliyyətini davam etdirir. Buna görə Sizi təbrik edirik! Tutduğunuz yolda sizə tükənməz enerji arzulayırıq!



Kəmaləddin Heydərov,
Azərbaycan Boks və Taekvondo Federasiyalarının prezidenti