«Olimpiya dünyası» qəzetinin redaksiyasına!

«Olimpiya dünyası» qəzetinin redaksiyasına!


Milli Olimpiya Komitəsinin təsisçiliyi ilə 2001-ci ildən nəşr edilən "Olimpiya dünyası” qəzetinin çapdan çıxan 1000-ci sayı kollektivin gərgin, məhsuldar əməyinin, peşəkarlığının bariz göstəricisidir. Bu münasibətlə qəzetin yaradıcı heyətini Gənclər və İdman Nazirliyinin kollektivi adından təbrik edirəm.
Sizin ölkədaxili və beynəlxalq yarışlarda idmançılarımızın, məşqçılərimizin qazandığı uğurların təbliğində, dünya idman təcrübəsindən, tarixindən bəhs edən yazıların ərsəyə gəlməsində, idman jurnalistikasının formalaşmasında zəhmətiniz böyükdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəzet əməkdaşlarının əməyinə yüksək qiymət verərək, onları "Tərəqqi” medalı ilə təltif etmişdir.
İnanırıq ki, respublikamızda Olimpiya Hərəkatı ilə yanaşı, idmanın kütləviləşməsinin həyata keçirilməsində də müstəsna rol oynayan "Olimpiya dünyası” qəzeti gələcək saylarında da Azərbaycan idmançılarının yeni qələbə soraqlarını idman ictimaiyyətimizə çatdıracaqdır. Qəzetin 1000-ci sayının işıq üzü görməsi münasibətilə bir daha sizi təbrik edir, hamınıza cansağlığı, yaradıcılıq uğurları arzulayıram!

Azad Rəhimov,
Azərbaycan Respublikasının gənclər və idman naziri