Olimpiya çempionumuz Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin qonağı olub

Olimpiya çempionumuz Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin qonağı olub

Olimpiya çempionu (Monreal-1976), dünya çempionatlarının mükafatçısı (1973 və 1975-ci illər), "Qaradağ” həndbol klubunun prezidenti, Azərbaycanın Rus İcmasının üzvü Lyudmila Şubina həmin gün Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) qonağı olub.
Hər il martın 5-də Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd edilir. Olimpiya çempionu (Monreal-1976), dünya çempionatlarının mükafatçısı (1973 və 1975-ci illər), "Qaradağ” həndbol klubunun prezidenti, Azərbaycanın Rus İcmasının üzvü Lyudmila Şubina həmin gün Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) qonağı olub.
Tanınmış idmançı "Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov ilə görüşündə uşaq idmanının inkişafına dair fikirlərini bölüşüb. O, başçılıq etdiyi klubun timsalında bakılı uşaqlarla apardığı işdən, Azərbaycanda idmanın müxtəlif növlərinə marağın durmadan artmasından danışıb. Şubina bütün bunların ilk növbədə ölkədə Olimpiya hərəkatının fəal inkişafı ilə bağlı olduğunu deyib.
Görüşdə nümayəndəlik ilə "Qaradağ” idman klubunun mümkün qarşılıqlı fəaliyyəti məsələləri müzakirə olunub.
V.Denisov tanınmış idmançını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək ona can sağlığı, gənclərin fiziki tərbiyəsi və layiqli idmançıların yetişdirilməsi işində tükənməz enerji arzulayılb.