Sağlam həyat tərzi təbliğ olunacaq

Sağlam həyat tərzi təbliğ olunacaq


Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə "Yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” adlı layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzinin təbliğ edilməsidir. Layihə çərçivəsində yeniyetmə və gənclərlə görüşlər təşkil ediləcək. Uşaqlar qruplara bölünərək, idman məşqlərinə cəlb olunacaqlar.
Sonda yeniyetmə və gənclər arasında baş verən dəyişiklikləri qiymətləndirmək və dəyərləndirmək üçün sorğular aparılacaq.