XXIV Avropa çempionatı başladı

XXIV Avropa çempionatı başladı

Mayın 21-də Sərhədçi İdman Olimpiya Kompleksində qol güləşi üzrə XXIV Avropa çempionatı start götürdü.
Olimpnews.az saytı xəbər verir ki, açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse -prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Avropa Armrestlinq Federasiyasının prezidenti Arsen Hacıtodorov , Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov və KİV nümayəndələri iştirak edirdilər.

Məlumat üçün bildirək ki, Avropa çempionatında 25 ölkənin 500-dən artıq idmançısı mübarizə aparır. Türkiyə və Rusiya yığmaları 140 idmançı ilə təmsil olunurlar. Ölkəmizin isə 100 idmançısı çempion adı uğrunda yarışır. Avropa çempionatı mayın 25-də başa çatacaq.