Yeniyetmə və gənclərin rayon spartakiadasının qalibləri mükafatlandırılıb

Yeniyetmə və gənclərin rayon spartakiadasının qalibləri mükafatlandırılıb


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Ağdaşda keçirilən yeniyetmə və gənclərin IX rayon spartakiadası başa çatıb.
Spartakiadanın bağlanış mərasimində futbol, voleybol, sərbəst güləş, karate, boks, taekvondo, kross, şahmat, cüdo, qol güləşi, dama, atletika, stolüstü tennis, basketbol üzrə yarışlarda fərqlənən idmançılara diplom və medallar, qiymətli hədiyyələr təqdim olunub.
Ağdaş Olimpiya İdman Kompleksində, Heydər Əliyev parkında, şəhər stadionunda, müxtəlif idman klubları və cəmiyyətlərində, eləcə də orta məktəblərin idman zallarında keçirilən yarışlarda rayonun 43 inzibati ərazi vahidliyindən 1500-dən çox məktəbli iştirak edib.