Sumoçular Bakı birinciliyində üz-üzə gəliblər

Sumoçular Bakı birinciliyində üz-üzə gəliblər


Mayın 17-18-də "Sədərək” idman klubunda yeniyetmələr (1998-1999-cu illər) və kiçik yaşılılar (2000-2002-ci illər) arasında sumo üzrə Bakı birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 100-dən çox idmançı gücünü sınayıb. Yarışın keçirilməsində əsas məqsəd sumo idman növünün kütləviliyini artırmaq və bu yaş qrupları arasında Bakı yığma komandasının heyətini müəyyən etməkdən ibarət olub.
Turnirdə "Neftçi İdman Klubu” İB, "Sərhədçi” OİM, "Sədərək”, "Ruslan”, "Sakura”, "Binə”, "Budo”, "Ak bars” və "Lider” idman klublarının idmançıları mübarizə aparıblar. 1998-1999-cu illər təvəllüdlü yeniyetmələrin yarışında Elşən İsayev (55 kq), Elşad İsayev (60 kq), Mahir Abdullayev (70 kq), Pərviz Hüseynov (80 kq) və Nahid Əmənov (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 2000-2002-ci illər təvəllüdlü kiçik yaşlıların mübarizəsində isə Şahin Baxşıyev (45 kq), Yusif Cabbarov (50 kq), Teymur Əliyev (60 kq), Turan Qasımov (70 kq) və Elçin Kərimov (+70 kq) qızıl medala layiq görülüblər.
Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.