Şərif Şərifov Mahaçqaladan gümüş medalla qayıtdı

Şərif Şərifov Mahaçqaladan gümüş medalla qayıtdı


Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandası Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş 45-ci beynəlxalq turnirdə iştirak edir.
Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında Mahaçqalaya 14 güləşçimiz gedib. Güləşçilərimiz mayın 23-dək Qazaxstan, Belarus və Dağıstan komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışında iştirak ediblər.
Turnirin ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Belə ki, güləşçilərimiz ilk günü 1 gümüş medalla başa vurublar.
Turnirdə 97 kq çəkidə mübarizə aparan Olimpiya və dünya çempionu Şərif Şərifov finaladək maneəsiz irəliləyib. Ardıcıl olaraq Atila Zmik (Macarıstan), Pavel Oleynik (Ukrayna) və Marat İbrahimov (Rusiya) üzərində tam üstünlüklə qələbə qazanan idmançımız finala yüksəlib. Finalda Rusiya təmsilçisi Yuriy Belonovskiylə gərgin keçən görüşdə uduzan Ş.Şərifov gümüş medalla kifayətlənməli olub.