Azərbaycan idmançıları Avropa çempionatında 41 medal əldə etdilər

Azərbaycan idmançıları Avropa çempionatında 41 medal əldə etdilər

Bakıda keçirilən qol güləşi üzrə XXIV Avropa çempionatı başa çatıb.
"Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil edilən çempionatın dördüncü günü yarışlar kişi və qadın atletlər arasında sağ əl üzrə keçirilib.

Mayın 25-də çempionatın bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov qalibləri təbrik edib, idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.
Dünya və Avropa Qol Güləşi federasiyalarının prezidenti Assen Hacıtodorov isə yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirmişdir.
Sonra qaliblərə medallar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan idmançıları bu yarışda ümumilikdə 41 medal qazanıblar. Medallardan 13-ü qızıl, 14-ü gümüş, 14-ü isə bürüncdür. Bununla da yığmamız ilk beşliyə daxil olub.
Xatırladaq ki, Bakıda keçirilən XXIV Avropa çempionatında 30-dək ölkədən 700-dək idmançı iştirak edib. Azərbaycan millisi çempionatda 100 idmançı ilə təmsil olunub.