Azərbaycanı təsnifat yarışlarında 15 idmançı təmsil edəcək

Azərbaycanı təsnifat yarışlarında 15 idmançı təmsil edəcək

Mayın 30-dan iyunun 1-dək Bakıda atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turniri keçiriləcək.
Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış 18 idman növünü əhatə edəcək. 40-dan artıq ölkənin iştirak edəcəyi lisenziya xarakterli turnirdə medallar uğrunda 800-dən artıq idmançı mübarizə aparacaq. Yarış iştirakçıları məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcəklər.
Turnirin qalibləri cari il avqustun 16-28-də Çinin Nankin şəhərində təşkil olunacaq Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Lisenziyaların sayı oğlanlar üçün 82, yeniyetmə qızlar üçün isə 108 olacaq.
Azərbaycanı təsnifat yarışlarında 15 idmançı təmsil edəcəkdir. Komandamızın heyətində Avropa Yeniyetmələrinin Olimpiya Festivalının qalibi Nazim Babayev (üç təkanla tullanma), Yelena Qladkova (şüvüllə tullanma), Abrexa Benafeta (1500 və 3000 m-lik qaçış üzrə) və digərləri yer alıblar.
Yarış qitənin bir neçə ölkəsində, o cumlədən "Eurosport” kanalında canlı yayımlanacaq.