Yeni idman kompleksi istifadəyə verilib

Yeni idman kompleksi istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində yeni idman kompleksi istifadəyə verilib.
Kompleksə futbol, voleybol, basketbol meydançaları, tennis zalı, stolüstü oyunlar üçün xüsusi otaq daxildir. Bu da universitet kollektivinin idmanın müxtəlif növləri ilə məşğul olmasına imkan verəcək.
Açılış mərasiminin iştirakçıları kompleksdə yaradılan şəraitlə tanış olub, universitetdə idmana göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.