Hokkeyçi 2,6 milyona mülk aldı

Hokkeyçi 2,6 milyona mülk aldı



Milli Hokkey Liqasının (MHL) "Los-Anceles Kinqz” klubunun və Rusiya yığmasının müdafiəçisi Vyaçeslav Voynov Kaliforniyada özünə 2,6 milyon dollarlıq mülk alıb. Modern üslubda inşa edilmiş mülk sahəsi 6 min kvadrat metr olan və "Cənub buxtası” deyilən ərazidə yerləşir.
"LA Times” nəşrinin yazdığına görə, adıçəkilən rayon "Kinqz”in oyunçularının ən çox məskunlaşdığı yerdir. Keçən il komandanın 2 hokkeyçisi də burada özlərinə mülk alıblar. Ceff Karterin mülkü 5,25 milyon, Dastin Braunun mülkü isə 1,6 milyon dollar dəyərindədir.
Xatırladaq ki, Voynov "Los-Anceles Kinqz” klubu ilə 2013-cü ildə 6 illik müddətə 25 milyon dollarlıq müqavilə bağlayıb. 24 yaşlı hokkeyçi Soçi-2014 Qış Olmipya Oyunlarında Rusiya yığmasının heyətində 5 matç keçirib.