“İndi oynasaydım, yenə də ən yaxşı olardım”

“İndi oynasaydım, yenə də ən yaxşı olardım”

Braziliya futbolunun əfsanəsi Pele müasir dövrdə də aparıcı futbolçu ola biləcəyini bildirib.
Fourfourtwo.com 73 yaşlı braziliyalının sözlərini belə təqdim edib: "İndi oynasaydım, müasir futbolçuların fiziki hazırlığına uyğun olmalı idim, amma istənilən halda mən ən yaxşı olardım. Çünki tanrı mənə istedad verib.
Bu, Bethovenin başqa dövrdə necə musuqi bəstələyəcəyi barədə danışmaq kimi bir şeydir. Hansı musiqini bəstələməsindən asılı olmayaraq, o, bunu digər çalğı alətlərində də, dahiyanə edərdi”.
Onu da deyək ki, Pelenin oğlu Edson Çolbi Nasimentu buyaxınlarda həbs olunub. O, narkoticarətdən gələn çirkli pulları "yumaq”da təqsirli bilinib.
Qeyd edək ki, "Santos” klubunun keçmiş qapıçısı olan Nasimentu əvvəllər də bir neçə dəfə həbs olunub.