Bakıda daha bir stadion Masazırda tikildi

Bakıda daha bir stadion Masazırda tikildi

Masazırda 2012-ci ilin oktyabr ayından inşasına başlanan stadionda son tamamlanma işləri aparılır.
Müasir tələblərə cavab verən 12500 yerlik stadionun ətrafında futbolçuların istirahəti və qalmaları üçün beşmərtəbəli otel də inşa edilib. Stadionun iyunun 15-də Milli Qurtuluş Günündə istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, son illərdə ölkə ərazisində, xüsusilə, Bakıda müasir stadionlar tikilərək istifadəyə verilib.