Qran-pridən 3 medal

Qran-pridən 3 medal


Almaniyanın Dormagen şəhərində qadın güləşi üzrə Qran-pri beynəlxalq turniri keçirilib. Yığma komandanın baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb. Güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıblar.
48 kq-da mübarizə aparan komandamızın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib çıxıb. Polşa, Kanada, Rusiya və yarımfinalda daha bir Kanada təmsilçisini məğlub edən güləşçimiz finalda Almaniya idmançısına da heç bir şans verməyib.
58 kq çəki dərəcəsində yarışan İrina Netreba yarışa Fransa təmsilçisi üzərində qələbə ilə başlayıb. Ancaq yarımfinalda Qırğızıstan güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisi üzərində əldə olunan qələbə İrina Netrebaya bürünc medal qazandırıb.
69 kq çəki dərəcəsində çıxış edən Nadya Sementsova 5 görüş keçirib. Ardıcıl olaraq Almaniya, Rumıniya və Polşa təmsilçilərini üstələyən güləşçimiz yarımfinalda digər Almaniya təmsilçisinə uduzub. Ancaq üçüncü yer uğrunda mübarizə aparan daha bir güləşçi ilə Nadya Sementsova rəqibinə şans verməyib və bürünc medala sahib olub.