Sumoçular Bakı şəhər açıq birinciliyində

Sumoçular Bakı şəhər açıq birinciliyində


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Sədərək” idman klubunda sumo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
Birincilikdə müxtəlif klublardan 96 idmançı mübarizə aparıb.
Yekun nəticələrə görə, Babaəli Abbasov (55 kq), Sərdar Səfixanov (60 kq), Həsən Ağazadə (70 kq), Seymur İbrahimov (80 kq), Rafət Məmmədli (80 kq-dan yuxarı) çıxış etdikləri çəki dərəcələrində qalib gəliblər.
2000-2002-ci təvəllüdlülər arasında isə Fərzalı Ayıralov (45 kq), Fərid Əhmədov (50 kq), Pərviz İlyasov (60 kq), Rəsul Eldarzadə (70 kq) və Dəyanət İbrahimov (70 kq-dan yuxarı) qızıl medal qazanıblar.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.