Kartinqçimizin daha bir uğuru

Kartinqçimizin daha bir uğuru

İyunun 7-də kartinq üzrə 2014-cü il Bolqarıstan çempionatının təsnifat mərhələsi keçirilib.
Bolqarıstanın Köstəndil şəhərində təşkil olunan bu yarışda Azərbaycanı təmsil edən Gülhüseyn Abdullayev "DD2” kateqoriyasında bir dövrəni 46,771 saniyə, 80,434 km/s sürətlə başa vuraraq çempionatın final mərhələsinə keçib. İyunun 8-də keçirilən finalda təmsilçimiz Gülhüseyn Abdullayev 3-cü olub.
Bolqarıstandan olan Simeon Simeonov birinci, Vasil Kolarov isə üçüncü yeri tutublar.