Bakıda bədii gimnastika üzrə XXX Avropa çempionatına start verilib

Bakıda bədii gimnastika üzrə XXX Avropa çempionatına start verilib

İyunun 13-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXX Avropa çempionatına start verilib.
Olimpnews.az saytı AzərTAc-a əsasən xəbər verir ki, yeniyetmə gimnastların fərdi proqramla çıxışı davam edir. Hazırda turnir cədvəlinə başçılıq edən Azərbaycan gimnastı Jalə Piriyevanın hesabında 31,466 xal varr. İkinci pillədə də milli komandamızın üzvü Züleyxa İsmayılova (30,349 xal) qərarlaşıb. Hesabında 28,766 xal olan rumıniyalı Ana Luiza Filiorianu üçüncü yeri tutur.
Yarışın ilk günü yeniyetmə gimnastlar fərdi proqramla, qrup hərəkətləri üzrə böyüklərdən ibarət komandalar isə top və halqa ilə çıxış edirlər. Çempionatın açılış mərasimindən sonra qrup hərəkətləri üzrə böyüklərdən ibarət komandalar gürz, top və lentlə mübarizə aparacaqlar.
Çempionatda 33 ölkədən 200-dən artıq gimnast birincilik uğrunda mübarizə aparır.