Gimnastlarımız Avropa çempionatının bürünc medalını qazandılar
Azərbaycan millisi Avropa çempionatında ilk medalını qazandı. Yeniyetmələrin komanda hesabında gimnastlarımız – Jalə Piriyeva və Züleyxa İsmayılova bürünc medala sahib oldular. J.Piriyeva, həmçinin yeniyetmələrin fərdi proqram üzrə yarışlarının iyunun 15-də keçiriləcək final mərhələsinə vəsiqə qazandı. İyunun 14-də "A” qrupunda yeniyetmə gimnastlarımız gürz və lentlərlə çıxış etdilər. Azərbaycan gimnastı Jalə Piriyeva möhtəşəm çıxış nümayiş etdirərək hakimlərdən ümumilikdə 63,565 xal aldı. Milli komandamızın digər üzvü Züleyxa İsmayılova isə 61,073 xal topladı.
Rusiya millisi qızıl, Belarus kollektivi isə gümüş medala sahib oldular.
Səadət
Anar