Azərbaycan gimnastı Avropa çempionatının gümüş medalını qazandı

Azərbaycan gimnastı Avropa çempionatının gümüş medalını qazandı


Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə XXX Avropa çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, çempionatın sonuncu günündə yeniyetmə gimnastlar fərdi proqram üzrə, böyüklərdən ibarət qrup hərəkətləri komandaları isə 10 gürz və 3 top – 2 lentlə çıxış etdilər.
Yeniyetmələr arasında fərdi proqram üzrə halqa yarışlarında Azərbaycan təmsilçisi Jalə Piriyeva 16,300 xalla gümüş medal qazandı.
Rusiya gimnastı Yuliya Bravikova 16,750 xalla birinci, bolqarıstanlı Anastasiya Rıbakova 15,775 xalla üçüncü yeri tutdular.
Yeniyetmələr arasında fərdi proqram üzrə topla yarışlarda Avropa çempionu adına rusiyalı İrina Annenkova (16,300 xal) layiq görüldü. Belarus təmsilçisi Mariya Trubaç (16,016 xal) gümüş, bolqarıstanlı Boryana Kaleyin (15,950 xal) bürünc medala sahib oldular.
Gürzlərlə yarışlarda Rusiya təmsilçisi Alesiya Petrova (16,450 xal) qızıl, belaruslu Mariya Trubaç (16,200 xal) gümüş, İsrail təmsilçisi Linoy Aşram (15,700 xal) bürünc medalı özlərinə təmin etdilər.
Lentlə mübarizədə isə 15,816 xal toplamış rusiyalı İrina Annenkova fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Ukraynalı Valeriya Xanina (15,750 xal) çempionatın gümüş, İsrail təmsilçisi Linoy Aşram (15,650 xal) isə bürüncə layiq görüldülər.

Səadət
Aysel