Marianna Vasileva: «Komandamızın 2 gümüş, 1 bürünc medal qazanması yüksək nəticədir»

Marianna Vasileva: «Komandamızın 2 gümüş, 1 bürünc medal qazanması yüksək nəticədir»


Bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Marianna Vasileva gimnastlarımızın XXX Avropa çempionatındakı çıxışı və əldə olunan nəticə ilə bağlı fikirlərini «olimpnews.az» saytı ilə bölüşdü:

-Gimnastlarımızın çıxışlarından razı qalmaya bilmərəm. Bu cür yüksək rəqabətin olduğu Avropa çempionatında komandamızın 2 gümüş, 1 bürünc medal qazanması yüksək nəticədir. Gimnastlarımız onlara bəslənilən ümidləri doğrultdular. Artıq 5 ildən çoxdur ki, yığma komandada çalışıram. İndiyədək komandamızın üzvləri Avropa çempionatından medalsız dönməyiblər. Bu müddət ərzində bədii gimnastlarımız Avropa çempionatlarından təxminən 27 medala sahib çıxıblar. Qarşımızda daha da böyük hədəflər var. Qarşıda bizi Avropa Oyunları və növbəti yay Olimpiya oyunları gözləyir. Avropa çempionatının təşkilinə gəlincə, mən deyərdim ki, bu yarışların tarixinə ən yüksək təşkilatçılığı ilə yadda qalan bir yarış kimi daxil olacaq. Bunu təkcə ölkələrin rəsmi nümayəndələri deyil, hətta idmançılar da mənə deyirlər. Əlbəttə ki, bütün bunlar Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya idmanın, xüsusilə də gimnastika idman növünün inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.

Aysel
Səadət