Azərbaycan komandası Avropa çempionatını 2 gümüş və 1 bürünc medalla başa vurdu

Azərbaycan komandası Avropa çempionatını 2 gümüş və 1 bürünc medalla başa vurdu



Bakıda, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə XXX Avropa çempionatına iyunun 15-də yekun vuruldu.
Olimpnews.az xəbər verir ki Azərbaycan millisi Avropa çempionatının sonuncu günü daha bir medal qazandı. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə Azərbaycan millisi 3 top və 2 lentlə çıxışda 17,650 xal toplayaraq gümüş medala sahib oldu.
Rusiya komandası 18,366 xalla birinci, Bolqarıstan kollektivi isə 17,583 xalla üçüncü oldu.
On gürzlə çıxışda Bolqarıstan millisi bütün rəqiblərini qabaqlayaraq 17,633 xalla birinci oldu. Rusiya millisi 17,633 xalla ikinci, İspaniya yığması isə 17,550 xalla üçüncü pillədə qərarlaşdı. .
Yarışlar başa çatdıqdan sonra qala- konsert oldu.
Qala- konsertə Azərbaycan millisinin çıxışı ilə yekun vuruldu.
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Altay Həsənov Avropa Gimnastika İttifaqının bayrağını qitə qurumunun nümayəndə heyətinə təqdim etdi. Bayraq Belarus Gimnastika Federasiyasının nümayəndələrinə təhvil verildi.

Səadət
Aysel