Dənizkənarı Bulvarda festival keçiriləcək

Dənizkənarı Bulvarda festival keçiriləcək

İyunun 23-də saat 19.00-da Dənizkənarı Bulvarda müasir Olimpiya Hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 120 illiyi münasibətilə "Gənclərin Olimpiya və sağlamlıq festivalı” keçiriləcək. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin "İnkişaf Naminə İdman” ictimai birliyinin təşkil edəcəyi bu tədbirin məqsədi sağlam həyat tərzinin təbliğinə xidmət edir. Tədbirdə MOK-un, Gənclər və İdman Nazirliyinin rəsmiləri, olimpiyaçılar, paralimpiyaçılar və idman federasiyalarının nümayəndələri iştirak edəcəklər. "Gənclərin Olimpiya və sağlamlıq festivalı”nda əfsanəvi olimpiyaçı atlet Maykl Conson da iştirakı edəcək.

olimnews.az